Qaynar xətt:

(+99450) 247 90 86

Malatyada 5,6 maqnitudada zəlzələ olub

DÜNYA

157

27.02.2023, 14:58

Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Oxu24.com  xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, hadisə yerinə 400-ə yaxın xilasedici cəlb olunub.

Məlumata görə, axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə helikopterlə daşınıb. 

Türkiyənin təhsil naziri Mahmut Özer isə bildirib ki, zəlzələ nəticəsində 22 bina çöküb.

Miri Məcidli