Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna  Rusiyanın 11 “Shahed” PUA-sını vurub

Ukrayna  Rusiyanın 11 “Shahed” PUA-sını vurub

DÜNYA

237

27.02.2023, 10:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed” tipli 14 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib.

Oxu24.com  xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, həmin PUA-lardan 11-i məhv edilib.

Məlumata görə, Ukrayna müdafiəçiləri ötən sutka Rusiya hərbçilərinin 81 hücumunun qarşısını alıb.

Baş Qərargahdan vurğulanıb ki, Rusiya ötən sutka Ukraynanın mülki obyektlərinə 5 raket və 2-si “Shahed-136” olmaqla 13 aviasiya zərbəsi endirib.

Bundan başqa, Ukrayna ordusu Rusiyanın 2 dronunu məhv edib.

Bildirilib ki, Rusiya hərbçilərinin mülki obyektlərə hücumu nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var.

İnformasiyaya əsasən, Rusiya ordusunun Zaporojyedə mülki obyetklərə “S-300” zenit-raket kompleksindən atdığı raket nəticəsində bir infrastruktura ziyan dəyib.

 

Miri Məcidli