Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83406
az

Ermənilər ruslara qarşı mitinq keçirir

23:2424 Fevral, 2023
83
DÜNYA
  • A

Axşam saaatlarında Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə mitinq olub.

Oxu24.com erməni mediasına  istinadən xəbər verir ki, nümayişlər Rusiya meydanında baş tutub.

Etirazçılar “Müharibəyə yox”, “Ukraynaya qələbə” və “Putin Haaqaya” şüarları səsləndirib, sürücülər isə siqnallarla nümayişçilərə dəstək olublar.

Onlarla plakat və bannerlərdə “Siyasi məhbuslara azadlıq”, “Rusiyaya azadlıq”, “Putin is a war criminal” (tərc. “Putin hərbi cinayətkardır”) şüarları yazılıb. İzdihamda Rusiya bayrağı və daha çox “Putindən sonrakı Rusiya”nın bayrağı kimi tanınan ağ-göy-ağ bayraqları dalğalanıb.

“Necə gəlməmək olardı? Mən indi təhlükəsiz yerdəyəm, çıxıb qarşı olduğumu deməyə imkan verən ölkədəyəm. Mən söz azadlığımdan istifadə edirəm”, - müharibənin əvvəlində Ermənistana sığınan etirazçılardan biri olan Asya deyib.

“Mən bilirəm ki, Rusiyadakı bir çox dostlarım da çıxmaq istəyirlər, lakin buna nail ola bilmirlər. Təhlükəsiz yerdə ola-ola susmaq onlara qarışı haqsızlıq olardı. Biz bir növ onların da yerinə danışırıq”, - Asya əlavə edib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü