Qaynar xətt:

(+99450) 247 90 86

İranlılar kütləvi şəkildə ölkəni tərk edir

İranlılar kütləvi şəkildə ölkəni tərk edir

DÜNYA

230

24.02.2023, 20:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2022-ci ildə İrandan Avropa Birliyinə sığınacaq üçün müraciətlərin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb.

OXU24.COM  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Miqrasiya Agentliyinin son illik hesabatında qeyd olunub.

"2020 və 2021-ci illərdə iranlıların sığınacaq üçün müraciətlərinin sayı 7700 idisə, 2022-ci ildə bu rəqəm 13444-ə çatıb. Ötən il iranlıların müraciətlərinin yarısına baxılıb və üç minə yaxın insan sığınacaq alıb. 2014-cü ildən bəri 155 minə yaxın iranlı Avropa Birliyinə sığınacaq üçün müraciət edib və onların üçdə biri təsdiqlənib", - hesabatda qeyd olunub.