Qaynar xətt:

(+99450) 247 90 86

"Rusiyada gizli səfərbərlik...” - Ukrayna Baş Qərargahı

\\\"Rusiyada gizli səfərbərlik...” - Ukrayna Baş Qərargahı

DÜNYA

326

24.02.2023, 19:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hərbi xidmətə çağırış yaşında olan kişilər məcburi şəkildə döyüş əməliyyatlarına cəlb olunurlar".

OXU24.COM report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

Qeyd olunub ki, sağlamlığından asılı olmayaraq bütün kişilər səfərbərliyə cəlb olunurlar: "Onların xeyli hissəsi məhbuslardır. Məhbuslar Ukrayna ərazisindəki döyüş əməliyyatlarında könüllü iştirak etmək şərti ilə həbsdən azad edilirlər".

Məlumata görə, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin bəzi hissələrində internet kəsilib: "Buna səbəb Rusiya qüvvələrinin fəaliyyətləri barədə məlumatın yayılmasının qarşısının alınmasıdır".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür.