Qaynar xətt:

(+99450) 247 90 86

Mozambikdə vəba epidemiyasında ölənlərin sayı 37-yə çatıb

Mozambikdə vəba epidemiyasında ölənlərin sayı 37-yə çatıb

DÜNYA

265

23.02.2023, 19:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mozambikdə vəba epidemiyasında həyatını itirənlərin sayı artıb.

Oxu24.com xarici mediaya  istinadən xəbər verir  ki, Mozambikin Səhiyyə naziri Armindo Tiaqo epidemiya səbəbiylə həyatını itirənlərin sayının ilin əvvəlindən bu yana 37-yə yüksəldiyini açıqlayıb.

İndiyə qədər 5 mindən çox hadisə aşkar etdiklərini qeyd edən Tiaqo, vəba epidemiyası ilə mübarizə üçün peyvənd təmin etdiklərini və bu həftə peyvənd kampaniyasına başlayacaqlarını açıqlayıb.

Tiaqo ölkə üzrə 700 min insanı peyvənd etməyi hədəflədiklərini qeyd edib.

Qlobal səhiyyə qurumları və hökumətlərin tədbirləri sayəsində illərdir azalan vəba hadisələri iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən artmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.

 

Tərcümə: Nigar