Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83293
az

Rusiya-ABŞ-Çin üçbucağında dünya üçün nüvə təhdidi artır

14:1123 Fevral, 2023
85
DÜNYA
  • A

Qərb və Rusiyanın artan ziddiyyətləri bütün bəşəriyyət üzərində nüvə təhdidini artırır. Xüsusən də Rusiya prezidenti Vladimir Putin ölkəsinin ABŞ-la imzalanmış “Strateji Hücum Silahları haqqında Müqavilə”də (START-3) iştirakını birtərəfli qaydada dayandırmağını açıqlaması Qərbdə və əslində, bütün dünyada  şok effekti yaradıb.

Xatırladaq ki, Vladimir Putin Federal Məclisə ünvanladığı müraciətində bildirib ki, ABŞ bu müqaviləyə əsaslanaraq, Rusiyaya məxsus hərbi obyektləri yoxlamağa çalışır. Qeyd edək ki, SSRİ və ABŞ arasında ilk dəfə 1972-ci ildə nüvə silahının yayılmasının qarşısının alınması məqsədilə START-1, 1979-cu ildə isə nüvə silahının kosmosa daşınmasının qarşısını almaq məqsədi ilə START-2 imzalanıb. SSRİ dağıldıqdan sonra Rusiya ilə ABŞ arasında 2010-cu ildə START-3 müqaviləsi bağlanıb. Müqavilədə nüvə obyektlərinə qarşılıqlı nəzarət etmək, nüvə başlıqlı raketlərin sayını azaltmaq kimi öhdəliklər var. Amma indi Rusiya müqavilədə iştirakını dayandırır.  Rusiyanın müqavilədə iştirakını bərpa etməsi üçün NATO-nun ümumi hücum arsenalının necə nəzərə alınacağını öyrənməsinin vacibliyini qeyd edən Putin deyib ki, indi ABŞ-da bəziləri nüvə silahı sınaqları keçirmək barədə düşünürlər. Bu halda, Rusiya da belə sınaqlar keçirməyə hazırdır. O vurğulayıb ki, Vaşinqtonun nüvə silahının təbii sınağını nəzərdən keçirməsi barədə məlumatlar var. Putin  Müdafiə Nazirliyi və Rusiya Atom Enerjisi Agentliyinə nüvə silahı sınaqları keçirməyə hazır olmağı tapşırıb. Rusiyanın bu addımı “soyuq müharibə” şərtlərini yenidən aktullaşdıra və addımı “soyuq müharibə”dən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasına zəmin yarada bilər. Krım parlamentinin Rusiya tərəfindən təyin edilən rəhbəri Vladimir Konstantinov isə qeyd edir ki, Vladimir Putinin nüvə sınaqları keçirməyə hazır olması barədə bəyanatı Qərb üçün qırmızı xətdir: “Bu, mühüm strateji qərardır. Bu, "qırmızı xətt" adlanan xətdir və bu, geosiyasi qarşıdurmada Qərbə hazır olduğumuzu göstərəcək”.  Putin Strateji Hücum Silahları haqqında Müqavilədə iştirakın dayandırılması barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.  Avropa İttifaqı bu fonda hesab edir ki, START-3 üzrə öhdəliklərini yerinə yetirməli və ABŞ-yə bu sənəd çərçivəsində öz nüvə arsenallarında yoxlamalar aparmağa icazə verməlidir: “Avropa İttifaqı Rusiya ərazisində START yoxlamalarını sadələşdirməklə və sazişlə müəyyən edilmiş çərçivədə İkitərəfli Məşvərət Komissiyasında iştirak etməklə Rusiyanı START üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”. Aİ Xarici İşlər Nazirliyi Rusiyanın START-da iştirakını dayandırmaq qərarından təəssüfləndiyini bildirib ki, bu da qurumun fikrincə, Avropada təhlükəsizlik arxitekturasına xələl gətirir: “İki böyük nüvə dövləti arasında proqnozlaşdırıla bilənliyi və qarşılıqlı etimadı artırmaqla, bu müqavilə strateji rəqabəti məhdudlaşdırır və strateji sabitliyi gücləndirir”. Eyni mövqedən NATO daçıxış edir. Rusiya keçən ilin payızında Rusiya-Amerika Məşvərət Komissiyasının iclasını qeyri-müəyyən müddətə təxirə salıb. Bu komissiya digər məsələlərlə yanaşı, gələcək yoxlamaların vaxtını da müəyyən edir. İndilikdə isə müqavilənin pozulması ilk növbədə o deməkdir ki, Rusiya və ABŞ bir-birinin nüvə potensialına nəzarət edə bilməyəcək, qarşı tərəfin nüvə təhdidinin səviyyəsi yalnız gözəyarı ölçüləcək. Bu cür etimadsızlıq şəraitində tərəflərin hər hansı səhv, yaxud baş verə biləcək hadisə nəticəsində nüvə silahı tətbiq etməsi ehtimalı da artır.

Rusiyanın müqavilədə iştirakını dayandırmasını “məcburi qərar” adlandıran Putinin sözlərinə görə, nüvə silahına malik ölkələr öz nüvə potensialını artırır və Rusiyanın nüvə obyektlərinə baxış keçirmək istəyirlər. O, həmçinin, onda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın strateji aviasiya bazalarına zərbə endirmək planları, ABŞ-ın yeni nüvə silahları üzərində işləməsi, eləcə də bu silahları sınaqdan keçirmək niyyəti barədə məlumatlar olduğunu bildirib. Bundan başqa, Putin hesab edir ki, NATO ölkələri birgə bəyanat verməklə, faktiki olaraq, START-ın iştirakçısına çevriliblər. NATO-da isə ABŞ-dan başqa Böyük Britaniya və Fransanın da nüvə silahı var və bu silahlar Rusiyaya tərəf yönəlib. START müqaviləsində digər şərtlərlə yanaşı, ölkələrin strateji hücum silahlarını öz ərazisindən kənarda yerləşdirməsi də qadağan olunur. Ekspertlərin fikrincə, START-ın sonu “Nüvə Silahının Yayılmaması haqqında Müqavilə”yə də zərbə olacaq. Bu müqaviləyə 1968-ci ildə BMT üzvü olan 190 ölkə riayət edir. Onun qüvvədən düşməsi hazırda nüvə silahı yaratmağa yaxın olan ölkələrin də əlində əsas ola bilər. Analitiklər hesab edirlər ki, START-ın  bərpası yalnız Fransa və Böyük Britaniyanın nüvə potensialı nəzərə alınandan sonra mümkün ola bilər. Bu isə silahların ixtisarına dair ikitərəfli razılaşma modelinin artıq mövcud olmadığı və ehtimal ki, ikitərəfli şəkildə bir də təkrarlanmayacağı deməkdir. Mütəxəssislər nüvə sınaqlarına yenidən başlanacağını da istisna etmirlər. Belə vəziyyət dünya üçün nüvə təhdinin artmasını şərtləndirir. Rusiyanın ittihamlarına cavab olaraq ABŞ  bildirir ki, Moskva ilə Ukrayna, Pekin ilə isə Tayvan səbəbilə gəringliklərin artdığı bir vaxtda Rusiya və Çin nüvə silahları arsenallarını müasirləşdirir və genişləndirirlər. ABŞ-ın müdafiə naziri Lloyd Austin bildirir ki, Birləşmiş Ştatlar iki böyük nüvə dövlətinin strateji rəqiblər olduğu yeni mərhələnin astanasındadır: “Nüvə güclərinin təhrikedici davranışlardan qaçmaq, yayılma riskini azaltmaq, eskalasiya və nüvə müharibəsinin qarşısını almaq üçün dərin məsuliyyətləri var”.  Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir. İkinci yerdə isə ABŞ gəlir. Pentaqonun yaydığı hesabatda Çinin iki ildə nüvə arsenalının iki qat artıraraq, artıq 400-dən çox nüvə başlığına sahib olduğu vurğulanır. Pentaqonun bildirdiyinə görə, Çinin nüvə arsenalının genişlənməsinin sürəti Pekinə 2035-ci ilədək təxminən 1500 döyüş başlığı ehtiyatı saxlamağa imkan verə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı
İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”
ABŞ dolları dəyərsizləşəcək - Maskdan PROQNOZ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil