Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ səfirliyində nə baş verib?

ABŞ səfirliyində nə baş verib?

DÜNYA

271

22.02.2023, 20:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Londondakı səfirliyində həyəcan təbili çalınıb.

Hadisə ilə əlaqədar ABŞ-ın Londondakı səfirliyində həyəcan təbili çalınıb və diplomatik ofisə gələnlərə pəncərələrə getməmək əmri verilib.

Oxu24.com xəbər  verir  ki, bu barədə “Daily Mail” qəzeti diplomatik nümayəndəlikdə olan şəxslərin sosial şəbəkədəki hesablarına istinadən məlumat yayıb.

Bəzi istifadəçilər binanın içərisində mərtəbədə oturan ziyarətçilərin fotolarını yayıblar. Nəşr ABŞ səfirliyinin yaxınlığında yaşayan şəxslərdən biri ilə danışıb. O, bildirib ki, binanın ətrafında itlərlə silahlı polis əməkdaşları keşik çəkir.


Skotland Yard hadisədən xəbərdar olduqlarını təsdiqləsə də, təfərrüatları açıqlamayıb.

“Daily Mirror” qəzeti öz növbəsində xəbər verib ki, həyəcan təbili çalınması Amerika səfirliyinin yaxınlığında şübhəli obyekt aşkar edildikdən sonra elan edilib. Nəşrin məlumatına görə, həyəcan siqnalının yalan olduğu müəyyən edilib.

 

Tərcümə: Miri Məcidli