Qaynar xətt:

(+99450) 247 90 86

Generalın evinə silahlı hücum edildi: 10 nəfər ölüb

Generalın evinə silahlı hücum edildi: 10 nəfər ölüb

DÜNYA

346

22.02.2023, 13:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Somalidə Əl-Şəbab terror təşkilatının Somali ordusunun generallarından olan Məhəmməd H. Qabareyin paytaxt Moqadişudakı evinə təşkil etdiyi hücumda 10 nəfər həyatını itirib.

 

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki, İnformasiya Nazirliyindən verilən açıqlamada, hücum edənlərdən birinin əvvəlcə bomba yüklü jiletlə evin giriş qapısını partlatdığı, daha sonra qrup üzvləri arasında təxminən 8 saat davam edən qarşıdurma yaşandığı bildirilib.

 

Açıqlamada dünənki hücumda 4-ü əsgər 6-sı mülki olmaqla 10 nəfərin həyatını itirdiyi bildirilib.

 

Hücumu həyata keçirən Əl-Şəbab təşkilatı üzvlərinin zərərsizləşdirildiyi, Əl-Şəbab-a qarşı aparılan əməliyyatlarda yaralanan bəzi əsgərlərin hədəfə alınan generalın evində müalicə olunduğu bildirilib.

 

Ötən gün Somali ordusunun generallarından Məhəmməd H. Qabareyin paytaxt Moqadişoda yerləşən evi terrorçuların hədəfində olub.

 

Tərcümə: Miri Məcidli