Qaynar xətt:

(+99450) 247 90 86

İstanbulda terror əməliyyatı: 8 nəfər saxlanılıb

İstanbulda terror əməliyyatı: 8 nəfər saxlanılıb

DÜNYA

379

22.02.2023, 13:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir  ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları  terror təşkilatının fəaliyyətlərinin deşifrə edilməsi üçün işlərə başlayıb.

Qruplar kəşfiyyat orqanlarından ötürülən məlumatlar və apardıqları araşdırmalar nəticəsində terror təşkilatı adından fəaliyyət göstərən şübhəlilərin ünvanlarını müəyyən edib.

İstanbulun 7 rayonunda təsbit edilən 14 ünvanda eyni vaxtda əməliyyat keçirən qruplar 8 şübhəlini yaxalayıb.

Şübhəlilərin istintaqı davam etdirilir.

 

Tərcümə: Miri Məcidli