Qaynar xətt:

(+99450) 247 90 86

Kim Çen Inın bacısı ABŞ-ı hədələyib

Kim Çen Inın bacısı ABŞ-ı hədələyib

DÜNYA

280

20.02.2023, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
KXDR lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (MK) sədr müavini Kim Yo Çjon ABŞ-ın hərəkətlərinə cavab olaraq Şimali Koreyanın Sakit Okeana raket atışlarını intensivləşdirə biləcəyini bildirib.
“Report” xəbər verir ki, onun sözlərini KXDR Mərkəzi Teleqraf Agentliyi (STAK) sitat gətirib. O qeyd edib ki, Koreya yarımadasında ABŞ-ın strateji zərbə silahlarının hərəkəti intensivləşib. Pxenyan onların KXDR-in təhlükəsizliyinə təsirini nəzərə alır və müvafiq cavab tədbirləri görəcək.
"Sakit okeandan sınaq meydanımız kimi istifadə tezliyi Amerika qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır", - o deyib. Qeyd edək ki, Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Raket dənizə düşüb. Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.