ABŞ-ın Nyu Cersi ştatının Linden şəhərində atışma nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Qeyd olunur ki, yerli vaxtla təxminən saat 9:30-da (Bakı vaxtı ilə saat 2:30) polis əməkdaşları şəxsi evlərdən birində atəş səslərinin eşidilməsi barədə çağırışa gəliblər. Orada ölmüş iki böyüyün və bir uşağın meyitini aşkarlayıblar.
Daha bir yeniyetmə ağır vəziyyətdə yerli Nyuark Universitetinin xəstəxanasına yerləşdirilib. Yaralı sonra dünyasını dəyişib.
CBS-nin polisdəki mənbələrinin məlumatına görə, ölənlər ailə üzvləridir, onları atası öldürüb, cinayətkar isə sonra intihar edib.
“Biz Lindendəki dəhşətli atışmanı diqqətlə izləyirik. Bu, bir çox suallara cavab tələb edən davam edən araşdırmadır”, - Nyu Cersinin qubernatoru Fil Merfi deyib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR