Ukrayna ATƏT PA-nın iclasını boykot edəcək
Ukrayna ATƏT-in Vyanada fevralın 23-24-də keçiriləcək Parlament Assambleyasında iştirak etməyəcək.
Buna səbəb Rusiya və Belarusun iştirakıdır.
.OXU24.COM " xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, xalq deputatı Yevgeniya Kravçuk məlumat verib.
“Biz ATƏT Parlament Assambleyasının heç bir rəsmi tədbirində iştirak etməyəcəyik. Avstriya rusiyalılara 61 viza verib, burada təkcə parlamentarilər deyil, həm də xüsusi xidmət orqanlarının nümayəndələri, görüşdən fürsət kimi istifadə etməyə gələcək təbliğatçılar var”, - Kravçuk deyib.
O əlavə edib ki, ukraynalı parlamentarilər hələ də tərəfdaşlarla danışıqlar aparmaq üçün Vyanaya gedəcəklər. Həmçinin, onun sözlərinə görə, ATƏT-in iclasının keçiriləcəyi Hofburq yaxınlığında Ukrayna icmasının etiraz aksiyaları planlaşdırılır.
Oxu24.com
ŞƏRHLƏR