“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
05 Oktyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
15.02.2023, 13:34
Zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılarkən ağzında siqaretlə görüntülənən və xəstəxanaya getmək istəməyən Soner Tuğtekin dəhşətli günün təfərrüatı barədə danışıb.
Oxu24.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, pensiyaçı Soner Tuğtekin Adıyamanda yaşayış binalarının birinin birinci mərtəbəsində həyat yoldaşı Xədicə və oğlu Dənizlə yaşayırmış. Qızları Bade isə Dənizli Universiteti Tekstil Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi olub.
Zəlzələ zamanı qonaq otağında olan Tuğtekin həyat yoldaşını və uşaqlarını yanına çəkməyə çalışdığını bildirib: “Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üzərinə düşdü. Xanımı özümə sarı çəkmək istədim, qolu çarpayının altında qaldı. Oğlum oturacağımın altında idi, ancaq onu çəkə bildim”.
O, zəlzələ zamanı yanında yalnız siqaret və 1,5 litr su olduğunu diqqətə çatdırıb: “Çox siqaret çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqareti yandıra bilmədim. Sonra alışqanı söküb naqillərini bir-birinə vuraraq bu problemimi həll etdim. 3 gün ərzində su və siqaretlə sağ qalmağa çalışdım. Yardım üçün qışqırırdıq. Cavab gələndə bir-birinin ardınca siqaretləri yandırmağa başladım. Ona görə də çıxarılanda əlimdə siqaret var idi. Çölə çıxdım. Məni xəstəxanaya aparmaq istədilər. Xədicəmdən ayrılmamaq üçün xəstəxanaya getmək istəmirdim. Yoldaşımın cansız bədəni çıxarılana qədər səkidə yatdım”.
23:49 / 05 Oktyabr 2026
81
23:42 / 05 Oktyabr 2026
38
23:42 / 05 Oktyabr 2026
79
23:32 / 05 Oktyabr 2026
77
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
74
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
105
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
269
21:50 / 05 Oktyabr 2026
3879
21:45 / 05 Oktyabr 2026
2368
21:40 / 05 Oktyabr 2026
77
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
78
21:11 / 05 Oktyabr 2026
71
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
112
20:53 / 05 Oktyabr 2026
97
20:50 / 05 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.