Qaynar xətt:

(+99450) 247 90 86

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

DÜNYA

320

15.02.2023, 11:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 Gürcüstanın şərqində 3,3 bal gücündə zəlzələ baş verib.

Oxu24.com xəbər verir  ki, Milli Seysmik Monitorinq Mərkəzinin saytı bu haqda məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 00:02-də qeydə alınıb.

Zəlzələnin episentri Tbilisidən 59 kilometr aralıda, Dmanisi şəhəri yaxınlığındakı Məmişrəli kəndi yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, son bir neçə gündə Gürcüstanda bir sıra zəlzələlər baş verib.

Tərcümə: Nigar