Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-ın vurduğu naməlum obyektlər nədir?

ABŞ-ın vurduğu naməlum obyektlər nədir?

DÜNYA

387

14.02.2023, 22:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi ABŞ hava məkanında aşkarlanan və vurulan üç uçan obyektin Çin və ya hər hansı digər ölkənin kəşfiyyat fəaliyyətində iştirak etdiyinə dair heç bir əlamətin olmadığını deyib.

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki, onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirbi bildirib ki, indiyə qədər əldə edilən məlumatlara görə, son günlərdə ABŞ hava məkanında aşkarlanaraq vurulan 3 naməlum obyektin kimə məxsus olduğu dəqiq bilinmir.

Kirbi bildirib ki, bu obyektlərin kommersiya və ya təhlükəli olmayan fəaliyyət üçün havada fəaliyyət göstərdiyinə dair fikirlər var.

Qalıqlardan əldə ediləcək tapıntıların dəqiq söyləməsinin vacib olduğuna diqqət çəkən Kirbi, dağıntıların çıxarılması işlərinin coğrafi və hava şəraiti səbəbindən olduqca çətin olduğunu söylədi. Koordinator Kirbi bildirib ki, hazırda ABŞ hava məkanında heç bir obyekt izlənmir.

ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində Montana üzərində əvvəllər aşkar etdiyi Çinin  yüksək hündürlükdəki hava şarını vurub. Pentaqon fevralın 10-da Alyaskaya daha bir naməlum obyekti vurub.

 

 ABŞ hərbçiləri 8 gün ərzində 4 hava elementini, o cümlədən Çinin yüksək hündürlükdə uçan şarını və 3 naməlum obyekti vurub. Hava məkanında uçan obyektlər Amerika ictimaiyyətinin gündəmində qalmaqda davam edir.

 

Tərcümə: Miri Məcidli