“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
05 Oktyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
369
14.02.2023, 16:39
“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin təyyarəsi vurulub. Baş verən olayda zərərçəkən olmasa da, hadisənin kim və ya kimlər tərəfindən törədilməsi sual doğurub.
“Hava dueli” çağırışı
Hadisənin Y.Priqojinin Ukrayna Prezidenti V.Zelenskiyə videomüraciətində onu “hava duelinə” çağırmasından sonra baş verməsi diqqət çəkir.
Priqojin Donetsk vilayətinin Baxmut rayonunda “Su-24” təyyarəsi ilə uçuş həyata keçirərkən vurulub. Mümkündür ki, o bu yolla Ukrayna prezidentini duelə dəvət edərkən nə dərəcədə ciddi olduğunu və onu gözlədiyini göstərməyə çalışıb.
Diqqətçəkən məqam isə Priqojinin içərisində olduğu “Su-24” təyyarəsinin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıdır. Onun məhz Donetsk vilayətinin Baxmut rayonunda olması, “Su-24” təyyarəsi ilə uçuş həyata keçirməsi kimi məlumatları Ukrayna tərəfi belə rahatlıqla əldə edə bilməzdi. Bu həm də baş verən hadisənin Kremldaxili çəkişmədən qaynaqlana biləcəyi ehtimalını gücləndirir.
Kremldaxili çəkişmə
“Vaqner” özəl hərbi şirkəti bu gün Suriya, Afrika, Ukrayna və s. ölkələrdə quru əməliyyatlarında iştirak edən qeyri-rəsmi hərbi birləşmədir.
Şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə şübhəli bilinir. ÖHŞ-nin qurucusu və sponsoru Yevgeni Priqojin də bunları inkar etmir.
Priqojin həm birbaşa Prezident Vladimir Putindən təlimat aldığı, həm də ölkədaxili cinayətləri icra etdiyi üçün Rusiya hərbi-siyasi elitasında ona nifrət var. Bu mənada Kreml daxilində Priqojinin ölümünü arzulayan şəxslərin olduğunu deyə bilərik.
Mümkündür ki, Priqojinin “Su-24” təyyarəsi ilə Donetsk vilayətinin Baxmut rayonunda uçuş həyata keçirməsi informasiyasını Ukrayna tərəfinə məhz onun ölməsini istəyən rusiyalı siyasi və ya hərbi elita nümayəndələri məqsədyönlü şəkildə ötürüb.
23:49 / 05 Oktyabr 2026
214
23:42 / 05 Oktyabr 2026
128
23:42 / 05 Oktyabr 2026
147
23:32 / 05 Oktyabr 2026
114
23:22 / 05 Oktyabr 2026
165
22:49 / 05 Oktyabr 2026
128
22:33 / 05 Oktyabr 2026
177
22:23 / 05 Oktyabr 2026
165
22:09 / 05 Oktyabr 2026
166
22:02 / 05 Oktyabr 2026
158
21:57 / 05 Oktyabr 2026
107
21:53 / 05 Oktyabr 2026
418
21:50 / 05 Oktyabr 2026
4713
21:45 / 05 Oktyabr 2026
3478
21:40 / 05 Oktyabr 2026
91
21:37 / 05 Oktyabr 2026
88
21:26 / 05 Oktyabr 2026
87
21:18 / 05 Oktyabr 2026
95
21:11 / 05 Oktyabr 2026
86
21:05 / 05 Oktyabr 2026
120
20:59 / 05 Oktyabr 2026
138
20:53 / 05 Oktyabr 2026
134
20:50 / 05 Oktyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.