Qaynar xətt:

(+99450) 247 90 86

Putinin işdən çıxardığı general özünü öldürdü

Putinin işdən çıxardığı general özünü öldürdü

DÜNYA

373

13.02.2023, 23:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada məşhur general özünü öldürüb.

Oxu24.com Rusiya mediasına  istinadən xəbər  verir  ki, Moskva yaxınlığındakı Qolikovo kəndində Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, general-mayor Vladimir Makarovun meyiti tapılıb.

Mətbuatın  məlumatına görə, Makarov intihar edib.

Həyat yoldaşı onu bağ evində tapıb. Bildirilir ki, qadın oğlundan təcili yardım çağırmasını istəyib. Gələn həkimlər zabitə kömək edə bilməyiblər.

Mərkəzi aparat rəhbərinin müavini vəzifəsində çalışan Vladimir Makarov yanvarda Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

İntiharın hansı yolla baş verməsi  məlum olmasa da, məmurun evində odlu silahın saxlandığı qeyd edilib.

 

Tərcümə: Miri Məcidli