Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın 19 milyard dolları donduruldu

Rusiyanın 19 milyard dolları donduruldu

DÜNYA

318

13.02.2023, 23:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bank Credit Suisse” Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiyanın təxminən 19 milyard dollarlıq aktivlərini dondurub/

Oxu24.com xəbər  verir  ki,  bu  barədə  Tages-Anzeiger məlumat yayıb.

Nəşr yazır ki, hazırda Credit Suisse-də bankın qərarı ilə 17,6 milyard İsveçrə frankı (təxminən 19 milyard dollar) məbləğində dondurulmuş Rusiya aktivləri var.

Bu məbləğ, mövcud hesablamalara görə, Rusiyanın İsveçrədəki bütün aktivlərinin ən azı üçdə birini (təxminən 46 milyard frank) təşkil edir.

Qəzet yazır ki, bankda dondurulmuş aktivlər yalnız qismən (17,6 milyard frankdan 4 milyard frank) Aİ-nin Rusiya Federasiyasından olan müttəhimlərə qarşı tətbiq etdiyi sanksiyaların altına düşür.

Qalan məhdudiyyətlər digər yurisdiksiyaların sanksiyaları altında olan şəxslər üçün tətbiq edilib.

Qəzet hesab edir ki, bankda dondurulmuş vəsaitlərin bir hissəsi Rusiya Federasiyasının Mərkəzi Bankına və ya birbaşa Rusiya hökumətinə məxsusdur.

 

Tərcümə: Nigar