Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Ukraynaya 250 ədəd T-72 tankı təhvil verib

Polşa Ukraynaya 250 ədəd T-72 tankı təhvil verib

DÜNYA

289

13.02.2023, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşa Ukraynaya 250 T-72 tankı təhvil verib, gələcəkdə isə 60 modernləşdirilmiş T-72 və PT-91 Twardy və 14 Leopard təhvil verəcək.

 

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Polşanın baş naziri Mateusz Morawiecki İsveçin baş naziri Ulf ilə danışıqlardan sonra Stokholmda keçirilən mətbuat konfransında bildirib. 

 

"Polşa artıq 250 postsovet tankı tədarük edib. Biz həmçinin əlavə olaraq daha modernləşdirilmiş 60 tank və daha 14 Leopard çatdırmağı planlaşdırırıq", - deyə Rusiya mətbuatı Polşa hökumətinin başçısından sitat gətirib.

 

Morawiecki Polşanın Ukraynaya fəal dəstəyini davam etdirəcəyinə əmin edib.

 

Polşa Ukraynaya müasir tankların göndərilməsini müdafiə edən ilk ölkələrdən biri olub. Varşava bu təşəbbüsü fəal şəkildə irəli sürərək, Kiyevə bu cür dəstəyi birgə təmin etmək üçün ölkələrin tank koalisiyasını yaratmağı təklif edib.

 

Tərcümə:Nigar