Qaynar xətt:

(+99450) 247 90 86

Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib

Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib

DÜNYA

291

13.02.2023, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın paytaxtı Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib.

Oxu24/com  xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Bildirilib ki, fevralın 13-də birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslər ağır yaşayış şəraitinə, onların bərpasına ayrılmış büdcənin verilməməsinə və bu sosial təbəqədən olan vətəndaşların problemlərinə hökumətin laqeyd münasibətinə etiraz ediblər.

Aksiya iştirakçıları İranın Dövlət Proqram və Büdcə Təşkilatının binası önünə toplaşıb.

Məlumata görə, Tehran Rabitə İdarəsinin təqaüdçüləri də etiraz aksiyası keçirib. Fevralın 13-də Tehran Rabitə İdarəsinin bir qrup təqaüdçüsünün tələblərinə məhəl qoyulmamasına etiraz olaraq Rabitə Nazirliyinin binası önünə toplaşıblar.