Qaynar xətt:

(+99450) 247 90 86

İtaliyada Rusiya qazından tamamilə imtina edir

İtaliyada Rusiya qazından tamamilə imtina edir

DÜNYA

233

13.02.2023, 15:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya istehsalı olan müəssisələr və məhsullar naziri Adolfo Urso İtaliya mətbuatına müsahibəsində bildirib ki, İtaliya 2023-cü ilin sonuna qədər Rusiya qazını almaqdan tamamilə imtina edəcək.

“İlin sonuna qədər biz 2021-ci ildə aldığımız ümumi həcmin 40%-i və keçən il aldığımız 16%-i fonunda Rusiya olmadan qaz təmin edə biləcəyik”, - deyə o bildirib.

Urso vurğulayıb ki, İtaliya Cənubi Avropa üçün enerji mərkəzi olmaq niyyətindədir.

Bundan əvvəl İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya Federasiyasında qaz alışını dayandırmaq vəzifəsini açıqlamışdı.

 

Tərcümə: Nigar