Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82575
az

Rusiya kəşfiyyatı sensassiyalı məlumat yaydı: ABŞ bu ölkələrdə terrrora hazırlaşır

14:0713 Fevral, 2023
336
DÜNYA
  • A

ABŞ bu ölkələrdə terror aktları hazırlayır.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi “mötəbər məlumatlara” görə, ABŞ ordusu Rusiya ərazisində və MDB ölkələrində terror aktları həyata keçirmək üçün “İŞİD" və Əl-Qaidə ilə əlaqəli cihadçı yaraqlıları fəal şəkildə cəlb edir.

“Rusiyanın Şimali Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan insanların əməkdaşlığa cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu ilin yanvarında Yaxın Şərqdə döyüş əməliyyatlarında təcrübəsi olan 60 belə terrorçu seçilib. Onlar hazırda Suriyadakı Əl-Tanfdakı Amerika bazasında  təlim keçirlər.

Orada onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi vərdişləri, eləcə də təxribat və təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir. Yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici diplomatik nümayəndəliklərə hücumların planlaşdırılmasına xüsusi diqqət yetirilir.

Yaxın vaxtlarda yaraqlıların kiçik qrupların tərkibində Rusiya və MDB dövlətlərinin ərazisinə köçürülməsinin həyata keçirilməsi planlaşdırılır. Onlara diplomatlara, dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hərbçilərə qarşı terror aktları hazırlamaq və həyata keçirmək tapşırılacaq.

Amerikalıların planına əsasən, onlar beynəlxalq terror qruplaşmalarının, o cümlədən Hizb-ut-Təhrir, Camaat Ənsarullah və Özbəkistan İslam Hərəkatının yeraltı hücrələri ilə əməkdaşlıq edərək müvafiq işləri həyata keçirəcəklər.

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus səfir qəfil öldü
İlon Mask müəllif hüquqlarını
ABŞ Çinin ən böyük ticarət tərəfdaşına çevrilib

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı