Qaynar xətt:

(+99450) 247 90 86

İsrailli həkimlər yaralı suriyalılara yardım edib

İsrailli həkimlər yaralı suriyalılara yardım edib

DÜNYA

284

11.02.2023, 23:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində çalışan israilli həkimlər də zəlzələdən zərər çəkən suriyalılara da yardım edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə şənbə günü İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

"Cümə günü İsrail Müdafiə Qüvvələrinin Zeytun Budağı Tibbi Heyəti Qəhrəmanmaraşdakı yerli xəstəxanada mülki vətəndaşların müalicəsinə başlayıb. Xəstələr arasında zəlzələ nəticəsində Türkiyədə yaralanan 10-dan çox suriyalı var", - deyə məlumatda bildirilir.

 

Ümumilikdə, həftə sonu İsrailin axtarış-xilasetmə qrupları Türkiyədə dağıntılar altından iki nəfəri xilas edib, İsrail həkimləri 180-ə yaxın xəstəni müalicə edib, ordunun mətbuat xidməti bildirib.

 

Tərcümə: Nigar