Qaynar xətt:

(+99450) 247 90 86

İranın pilotsuz təyyarələri Ukraynadakı enerji obyektlərinə hücum edib

İranın pilotsuz təyyarələri Ukraynadakı enerji obyektlərinə hücum edib

DÜNYA

225

11.02.2023, 12:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın Dnepropetrovsk vilayətində fevralın 11-nə keçən gecə İranın pilotsuz təyyarələri üç enerji obyektinə hücum edib.

Zərbə nəticəsində yanğınlar başlayıb.

Oxu24.com Ukrayna mediasına  istinadən xəbər  verir  ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak öz teleqram kanalında məlumat verib.

Qeyd olunur ki, İran pilotsuz təyyarələri Krivoy Roq rayonunda iki, Nikopolda isə bir elektrik obyektini vurub. Krivoy Roq rayonunda isə eyni obyektə sutka ərzində iki dəfə hücum edilib.

 

Fevralın 10-u axşam saatlarında Nikolaev vilayətinin rəhbəri Vitali Kim də pilotsuz təyyarələrin hücumlarını açıqlayıb. O, teleqramında yazıb ki, pilotsuz təyyarə hücumu saat 19:50-dən 22:50-dək Ukraynanın cənubunda baş verib. “11 pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən vurulub, onlardan beşi Nikolayev vilayətinin üzərində olub”, o, digər təfərrüatları açıqlamayıb.

 

Tərcümə:Nigar