Qaynar xətt:

(+99450) 247 90 86

Pakistan Türkiyə üçün yardım toplamağa başladı

Pakistan Türkiyə üçün yardım toplamağa başladı

DÜNYA

301

09.02.2023, 23:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş nazir Şahbaz Şərifin göstərişi ilə Pakistanda federal hökumətə bağlı məktəblərdə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım kampaniyası başladılıb.

Oxu24.com xəbər  verir  ki,Pakistanın təhsil naziri Rana Tanvir Hüseyn, baş nazir Şərifin göstərişi ilə məktəblərdə ianə kampaniyasına başlamaq qərarı imzalayıb.

Nazir Hüseyn Türkiyə və Suriyada zəlzələ qurbanlarının yaraları sağalana qədər kampaniyanın davam edəcəyini açıqlayıb.

Təhsil Nazirliyindən Dr. Qulam Əli Mallah AA müxbirinə verdiyi açıqlamada bu gün İslamabadda 5 məktəbdə başlayan yardım kampaniyasının bütün ölkəyə yayılacağını bildirib.

Bu gün təşkil edilən kampaniyada müəllim və şagirdlər məktəblərdə yaradılan ianə qutuları vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə dəstək olublar.

Digər tərəfdən Pəncab Universiteti, Milli Elm və Texnologiya Universiteti (NUST) və Mazen Məktəblərində Türkiyəyə dəstək kampaniyaları davam edir.

 

Tərcümə: Nigar