Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada güclü partlayış:Xeyli sayda ölən var (FOTO+VİDEO)

Rusiyada güclü partlayış:Xeyli sayda ölən var (FOTO+VİDEO)

DÜNYA

701

09.02.2023, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada güclü prtlayış baş verib.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Novosibirskdə uçmuş beşmərtəbəli binanın dağıntıları altından daha iki nəfərin meyitini çıxarıblar. Bununla da  ölənlərin sayı  12 nəfərə çatıb.

Hadisə nəticəsində daha əvvəl 10 nəfərin öldüyü bildirilmişdi.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov işləyir.

"Bu hadisə prezidentin nəzarətindədir" - deyə o bildirib.

Nazir yaşayış binasında baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işləri yoxlayıb
Xatırladaq ki, fövqəladə hadisə fevralın 9-da səhər saatlarında baş verib - beşmərtəbəli yaşayış binasında qaz partlayıb. Hadisə nəticəsində iki giriş uçub.

Xilasedicilər dağıntıları sökməyə davam edir. Prokurorluğun əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin rəhbəri də fövqəladə hadisə yerindədir. Omsk vilayətinin iki sakininin saxlanıldığı qaz partlayışı faktı ilə bağlı cinayət işi başlanıb.

 

Tərcümə: Miri Məcidli