Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya  Ukraynaya hərbi yardım paketini təsdiqləyib

İtaliya  Ukraynaya hərbi yardım paketini təsdiqləyib

DÜNYA

251

09.02.2023, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya Ukraynaya hərbi yardım edəcək.

Oxu24.com xəbər  verir  ki,  İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, Ukraynaya hərbi, o cümlədən yeni yardım paketi haqqında fərman ötən həftə imzalanıb və respublikanın təhlükəsizlik üzrə xüsusi parlament komitəsinə təqdim edilib.

"Ukraynaya yardım haqqında fərman Respublika Parlamentinin Təhlükəsizlik Komitəsinə (Kopasir) göndərilib, parlamentin başqa təsdiqinə ehtiyac yoxdur, o, ötən həftə imzalanıb", - deyə  nazir mətbuat konfransında deyib.

O qeyd edib ki, fərman əvvəllər Parlamentdə təsdiq edilmiş siyasi qərarın texniki tətbiqidir.


2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib. 5 idarələrarası fərmanla tədarük olunan silahların siyahısı verilib. Keçən ilin oktyabrında hakimiyyətə gələn yeni sağ mərkəzçi hökumət hərbi yardımın tam 2023-cü ilə qədər uzadılmasını nəzərdə tutan fərmanı təsdiqləyib.

Bundan əvvəl İtaliya KİV-ləri yeni paketə “Aspide” idarə olunan raketləri və daşınması Fransa ilə razılaşdırılmaqla həyata keçirilən bir SAMP/T zenit-raket kompleksinin daxil ola biləcəyini yazıb. Parislə bütün müvafiq razılaşmalar əldə edilib, lakin İtaliyanın xarici işlər naziri Antonio Tajani “texniki çətinliklərdən” danışıb.

 

Tərcümə: Nigar