Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

DÜNYA

232

09.02.2023, 17:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ İrana qarşı sanksiyaları növbəti dəfə genişləndirib.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, yeni sanksiyalar İranın neft-kimya sahəsi ilə məşğul olan şirkətlər daxil olmaqla, 9 şirkətə qarşı tətbiq olunub.
Qeyd edilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın neft-kimya sahəsi, neft istehsalı, satışı və Asiyada alıcılara daşınmasında mühüm rol oynayan, yüz milyonlarla dollar dəyərində əməliyyatlar həyata keçirən 9 şirkətə qarşı sanksiyalar tətbiq edib. Sanksiya tətbiq edilən şirkətlər arasında İranın ən böyük polietilen istehsalçısı olan “Amir Kabir Petrochemical Company” də var.