Qaynar xətt:

(+99450) 247 90 86

Möcüzə baş verdi: 70 saatdan sonra xilas edildi

Möcüzə baş verdi: 70 saatdan sonra xilas edildi

DÜNYA

333

09.02.2023, 13:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərkəzi Kahramanmaraşda olan 10 vilayətdə baş verən zəlzələlərdən sonra şəhərdə dağılan binalarda axtarış-xilasetmə işləri davam edir.

Oxu24.com Türkiyə mediasına istinadən xəbər  verir  ki,Hatayda zəlzələ nəticəsində uçan binanın dağıntıları altından 70 saat sonra ana və oğul xilas edilib.
 

Yalova Bələdiyyə sədrinin müavini Mustafa Tutukun da iştirak etdiyi əməliyyatda  yanğınsöndürənlər və könüllülər tərəfindən xilas edilən ana və oğul təcili yardımla xəstəxanaya aparılıb.

Xilasetmə işlərini sosial media hesabında “möcüzə” olaraq paylaşan Tutuk, “Bu hissləri necə izah etmək olar, dağıntılar altından gələn səslərdən sonra komandamızla ora yollandıq, çox şükür qardaşımı da çəkdik. Səfa 70-ci saatda anası ilə birlikdə dağıntılar altından çıxdı." deyə bildirib.

Zəlzələ bölgəsində Yalovadan olan 200 nəfərlik xilasetmə qrupu fasiləsiz olaraq işlərini davam etdirib.

 

Tərcümə: Nigar