Qaynar xətt:

(+99450) 247 90 86

Yaşyarımlıq uşaq 60 saatdan sonra belə xils edildi

Yaşyarımlıq uşaq 60 saatdan sonra belə xils edildi

DÜNYA

361

09.02.2023, 11:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Türkiyənin Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından sağ çıxara biliblər.

Oxu24.com xəbər verir ki, xilasetmənin videogörüntülərini Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş tviterdə paylaşıb.

“Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023”, - o qeyd edib.