Qaynar xətt:

(+99450) 247 90 86

Putin Türkiyə ilə bağlı tapşırıq verdi

Putin Türkiyə ilə bağlı tapşırıq verdi

DÜNYA

726

08.02.2023, 23:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putinin Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərində çalışan Rusiya qruplarının sayını artırmaq istədiyi bildirilib.
 

Oxu24.com  xəbər  verir  ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin  yaydığı məlumata görə, Putin  Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkova dağıntılar altında qalan binalarda axtarış-xilasetmə işləri aparan rus qruplarının sayını artırmağı tapşırıq verib.

 

Məlumatda qeyd  edilir  ki, bu gün Rusiyadan Türkiyəyə daha  50 nəfərlik heyət göndərilib.

Onlardan  11 nəfəri  həkimdir. Bununla da göndərilən rusiyalı mütəxəssislərin sayının 150-ni keçdiyi bildirilib.

 

Bundan əlavə, zəlzələlərdən sonra İsgəndərin Limanında baş verən yanğını söndürmək üçün Rusiya tərəfindən göndərilən Be-200 yanğınsöndürən təyyarənin gün ərzində davam edən yanğına 60 ton su tökdüyü və yeni heyəti daşıyan təyyarənin olduğu bildirilib.

 

Tərcümə:Miri Məcidli