Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb

DÜNYA

429

08.02.2023, 09:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.
“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”. Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.