Qaynar xətt:

(+99450) 247 90 86

Balarusiya Türkiyəyə yardıma gedir

Balarusiya Türkiyəyə yardıma gedir

DÜNYA

422

07.02.2023, 23:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 8-də Belarus Fövqəladə Hallar Nazirliyinin dəstəsi axtarış-xilasetmə işlərinə kömək etmək üçün zəlzələ baş verən Türkiyəyə yola düşəcək.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə Belarus  Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

 

“Fövqəladə Hallar Nazirliyinin 64 xilasedicisi, 5 axtarış iti, həmçinin axtarış-xilasetmə işləri üçün nəzərdə tutulmuş iki MAZ markalı yük maşını və iki yolsuzluq avtomobilindən ibarət Fövqəladə Hallar Nazirliyinin Respublika Xüsusi Təyinatlı Qüvvələrinin ZUBR-u Türkiyə Respublikasına uçmağa hazırdır. ” deyə məlumatda  bildirilib.

 

Dəstənin rəhbəri İqor Zarembo bildirib ki, şəxsi heyətə həkimlər, kinoloqlar, həmçinin xilasedicilər daxildir.

 

Onun sözlərinə görə, tabeliyində olanlar insanların xilas edilməsi, dağıntıların və mürəkkəb beton konstruksiyaların çıxarılması üzərində işləməyə hazırdırlar.

 

Nazirlikdən verilən məlumata görə, uçuş fevralın 8-də səhər saatlarında Maçulişçi aerodromundan Respublika Silahlı Qüvvələrinin İL-76 təyyarəsi ilə həyata keçiriləcək.

 

Tərcümə: Miri Məcidli