Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan şəxsi təyyarəsini köməyə göndərdi

Ərdoğan şəxsi təyyarəsini köməyə göndərdi

DÜNYA

319

07.02.2023, 20:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti iş təyyarəsinin yardım üçün bölgəyə göstərilməsi barədə göstəriş verib.

 

Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir  ki,Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində işləmək üçün axtarış-xilasetmə və sağlamlıq qruplarına ayrılan təyyarələrdən biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətinə yola düşüb.

 

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, torakal cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri var.

 

Bölgəyə personaldan əlavə sağlamlıq ləvazimatları, generatorlar, qida və geyim materialları da təyyarələrlə daşınacaq.

 

Təyyarələrin bölgədəki yaralıları qayıdarkən Ankaraya aparacağı öyrənilib.

 

Tərcümə: Miri Məcidli