Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Türkiyəyə xilasedicilər göndərir

Ukrayna Türkiyəyə xilasedicilər göndərir

DÜNYA

221

07.02.2023, 20:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Nazirlər Kabineti ölkənin Fövqəladə Hallar üzrə Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə 87 nəfərdən ibarət axtarış-xilasetmə qrupunun göndərilməsi barədə göstəriş verib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Ukrayna mətbuatı açıqlama yayıb.

 

Ukraynanın Mülki Müdafiə Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar üzrə Dövlət Xidməti Türkiyə Respublikasına An-32 və An-26 təyyarələri ilə  birgə axtarış qrupları göndərir.

 

"Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Dövlət Fövqəladə Hallar Xidmətinin xilasetmə dəstəsi   zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 10 nəfər - aviasiya ekipajlarının üzvləri də daxil olmaqla, ümumi sayı 87 nəfərdən ibarət olub", -  deyə məlumatda bildirilir.

 

Tərcümə: Nigar