Qaynar xətt:

(+99450) 247 90 86

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb

DÜNYA

261

07.02.2023, 15:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600- ü keçib.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib. O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.
Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir. Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.