Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə zəlzələni 130 atom bombası ilə müqayisə edir

Türkiyə zəlzələni 130 atom bombası ilə müqayisə edir

DÜNYA

337

06.02.2023, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücü 130 atom bombasının partlaması ilə müqayisə edilə bilər.

Oxu24.com xəbər  verir  ki,  bunu  geofizik Ahmet Ercan "Duvar" qəzetinə açıqlamasında deyib.

“Zəlzələ güclü idi. Böyüklük 7.4. Dağıdıcı  gücü 11-dir. O, 130-a yaxın atom bombasının enerjisini buraxıb”.

Alim yaxın iki-üç il ərzində episentrdən 200 kilometr radiusda gələcək güclü afterşoklar barədə xəbərdarlıq edib.

7,7 bal gücündə ən güclü zəlzələ  səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verib. Bunun ardınca qonşu ölkələrdə - Suriya, İraq, Livan, Ermənistan, Gürcüstan və Kiprdə də hiss olunan bir sıra afterşoklar baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb. Ölənlərin sayı artıq 2 mini keçib.

 

Tərcümə:Nigar