Pezeşkian ilk dəfə bu iclasda iştirak edəcək
06 Oktyabr 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
300
06.02.2023, 20:23
İsrail Suriyaya yardım təklif edib.
Oxu24.com xəbər verir ki,İsrailin "Haaretz" qəzetinin mənbələrinə görə, İsrail hakimiyyəti Rusiya tərəfinin müraciətindən sonra dağıdıcı zəlzələdən zərər çəkmiş Suriyaya yardım göstərmək qərarına gəlib.
Nəşrin mənbələrinin qeyd etdiyi kimi, İsrail tərəfi “Rusiyanın müraciətindən sonra” Suriyaya təcili humanitar yardım, o cümlədən zərər çəkmiş suriyalılar üçün zəruri əşyalar və dərmanlar verməyə razılaşıb.
Bundan əlavə, Suriyaya öz həkimlərini göndərməyə hazır olmayan İsrail Türkiyədəki suriyalılara tibbi yardım göstərmək imkanını nəzərdən keçirir.
"İsrail Qolan təpələrində sərhəd keçidi aça bilər, bununla da qonşu dövlətin sakinlərinə İsrail xəstəxanalarına daxil ola bilər",- deyə Haaretz yazır.
Nəşr qeyd edir ki, İsrailin Suriya ilə bağlı bu qərarı diplomatik əlaqələri olmayan iki müharibə edən dövlət arasında münasibətlərdə misli görünməmiş addımdır. Hər iki ölkə yəhudi dövlətinin müstəqilliyinin elan edildiyi 1948-ci ildən bəri əslində müharibə vəziyyətindədir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ölkəsi regionda baş verən dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım göstərməyə, eləcə də Suriyanın zərər çəkmiş sakinlərinə kömək etməyə hazırdır. Eyni zamanda o, Türkiyə tərəfinin müvafiq müraciəti əsasında Türkiyəyə yardım göstəriləcəyini qeyd edib, Suriyaya yardım sorğusunun mənbəyini açıqlamayıb.
Tərcümə: Miri Məcidli
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.