Qaynar xətt:

(+99450) 247 90 86

Norveç Ukraynaya milyardlar ayıracaq

Norveç Ukraynaya milyardlar ayıracaq

DÜNYA

316

06.02.2023, 15:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Norveç hakimiyyəti 5 il ərzində Ukraynaya 75 milyard NOK (təxminən 7,3 milyard dollar) məbləğində maliyyə yardımı etməyi planlaşdırır.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “Verdens Gang” qəzeti məlumat yayıb.

 

Onun sözlərinə görə, krallıq Ukraynaya həm hərbi, həm də mülki dəstək verməyi planlaşdırır.


Hakimiyyət Kiyev üçün çoxillik yardım proqramı hazırlayır və bu proqram həm hərbi sektorun maliyyələşdirilməsini, həm də ölkənin mülki infrastrukturunun bərpasını əhatə edir.

 

Nəşr onu da bildirib ki, Norveç bu il Ukraynaya ən azı 14 milyard kron (təxminən 1,36 milyard dollar) ayırmağı gözləyir.

Bundan əvvəl Norveçin baş naziri Jonas Gahr Støre Norveç hakimiyyətinin Ukraynaya və Ukrayna böhranının nəticələrindən təsirlənən ölkələrə “çoxillik yardım paketi” təqdim etmək niyyətini açıqlamışdı. Krallıq enerji resurslarının ixracından əldə edilən pulun bir hissəsini Kiyevə göndərəcək.

 

Tərcümə: Miri Məcidli