İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı təhdidlərin artan dalğasını kəskin tənqid edib.
OXU24.COM axar.az-a istinadən bildirir ki, bu barədə JNS məlumat yayıb.
"Belə görünürdü ki, seçilmiş məmurlara və mənə qarşı təhdidlər bütün sərhədləri aşdı. Lakin indi biz İsrailin baş nazirinə qarşı açıq-aşkar sui-qəsd təhdidini eşitdik və gördük", - Netanyahu bildirib.
Qeyd edək ki, Netanyahu bu sözləri İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeev Razanın "Baş nazir ayağa qalxıb diktator səlahiyyətlərini öz üzərinə götürürsə, o öldü, bu qədər sadədir. Onları öldürmək məcburiyyəti var" açıqlamasından sonra deyib.
Oxu24.com
ŞƏRHLƏR