Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81822
az

Suriyada minaya düşən, Türkiyədə İŞİD-çi kimi tutulub bəraət alan azərbaycanlı…

17:4005 Fevral, 2023
433
DÜNYA
  • A

Suriyada qanunsuz silahlı qrupların tərkibində döyüşməkdə təqsirləndirilən Akif Osmanov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

OXU24.COM  Meydan TV-yə istinadla xəbər verir ki, fevralın 3-də o, məhkəmədə dindiriləndə məlum olub ki, Suriyada yaralanıb, aldığı xəsarətlərdən bir müddət müalicə olunub. Akif Osmanov Cinayət Məcəlləsinin 12.1, 279.1 (Azərbaycan qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların fəaliyyətində iştirak, onları silah-sursatla təchiz etmə) maddəsilə ittiham olunur.

Cinayət işinin materiallarında göstərilib ki, Akif Osmanov 2013-cü ildə iki nəfər tanışı – Elşad Cəfərov və Cavid Ağcabəyovla birlikdə Gəncəyə, oradan təyyarə ilə Türkiyəyə, daha sonra Suriyaya gedib. Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. O, “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşulub. Döyüşdüyü dövrdə də yaralanıb.

Cinayət işində həmçinin yazılıb ki, o, başqa ölkələrdə sərbəst hərəkət etmək, cinayət məsuliyyətindən yayınmaq Özbəkistan vətəndaşı olması haqda saxta pasport alıb. Həmin pasporta əsasən, onun ad-soyadı İlyorjon İsanov olub. Əvvəllər bu ad-soyadla saxlansa da, sonradan azadlığa buraxılıb.

Təqsirləndirilən Akif Osmanov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O ifadəsində deyib ki, Suriyada 6 ay qalıb, aktiv döyüşlərdə iştirak etməyib, idman təlimlərinin iştirakçısı olub: ”Mən orada növbətçilik eləmişəm. Silahı da iki-üç gündən bir növbəyə gedəndə verirdilər”.

Silahlı əməliyyatlarda iştirak etmədiyini deyən Akif Osmanovun sözlərinə görə, “Şeyx Şamil” qəsəbəsində mühasirəyə düşənlərə yardım etmək üçün gedəndə minaya düşüb: “Yaralandım, bir müddət müalicə aldım. Sonra Türkiyəyə getdim. Bir müddət İstanbulda yaşayandan sonra orada İŞİD üzvü kimi həbs olundum. Amma 2021-ci ildə mənə bəraət verildi”.

2022-ci ilin aprelində Türkiyədən deportasiya olunduğunu deyən Akif Osmanov Bakıya gələndən sonra həbs edilib.

O, ifadəsində vurğulayıb ki, Suriyada döyüşüb pul qazanmaq üçün getməmişdi, əməlindən də peşmandır.

Onun məhkəməsi fevralın 7-də davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq
Ukrayna yüz minlərlə mərmi və minlərlə raket alacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ