Qaynar xətt:

(+99450) 247 90 86

Ana vəhşiliyi: 6 yaşlı qızını boş əraziyə aparıb boğdu - Anbaan VİDEO

Ana vəhşiliyi: 6 yaşlı qızını boş əraziyə aparıb boğdu - Anbaan VİDEO

DÜNYA

403

03.02.2023, 17:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Qaziantep şəhərində xarici əsilli Nuhna Cemmel 6 yaşlı qızı Aya Necimi boş ərazidə boğaraq öldürüb.

OXU24.COM  big.az-a istinadən bildirir ki, qatil ananın qızını həmin əraziyə apardığı anlar təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Uşağın cansız bədəni yanvarın 30-da, səhər saatlarında aşkarlanıb. Onun yerdə yatıb qaldığını düşünən insanlar hadisə yerinə polis və təcili tibbi yardım çağırıblar. Artıq öldüyü bildirilən qızın kimliyi araşdırıldıqdan sonra anası Nuhna Cemmel saxlanılıb.

Görüntü sosial şəbəkələrdə hiddət və böyük kədərlə qarşılanıb. İnsanlar ananın qəddarlığına təəccüblənib, məsum uşağın ona güvənərək əlindən tutub getdiyinə kövrəliblər.