Rusiyada hava limanı niyə Şəmkirdən olan Salmanovun adını daşıyır?
08 Oktyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
399
03.02.2023, 15:56
Doğum səviyyəsinin aşağı düşməsi və yaşlı əhalinin artması ilə Yaponiya gələcəkdə “baba və babalar ölkəsi” ola bilər.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Şərqi Asiya ölkəsi Yaponiyada illik doğum sayı ilk dəfə 2022-ci ildə 800 mindən aşağı düşüb.
2023-cü ilin əvvəlinə olan məlumata görə, Yaponiyanın 124,77 milyonluq əhalisinin 29 faizi 65 yaşdan yuxarı, 11,6 faizi isə 0-14 yaş aralığındadır.
Yaponiya 65 və yuxarı yaşda olan ümumi əhalinin sayına görə dünyada birinci yerdədir. Onu 24,1 faizlə İtaliya, 23,3 faizlə Finlandiya izləyir.
Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci il məlumatına görə, 75 və yuxarı yaşda olan əhalinin sayı 19,3 milyon nəfərə, 65 və yuxarı yaşda olanların sayı isə 36,2 milyon nəfərə yüksəlib.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2021-ci il məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 86 mini ötüb. Yaşı 100-dən yuxarı olan əhalinin sayı 51 il ardıcıl olaraq artır.
Əhali və Sosial Təminat Tədqiqatları üzrə Milli İnstitutun məlumatına görə, 2040-cı ilə qədər 65 və daha yuxarı yaşda olan insanların nisbəti Yaponiyada ümumi əhalinin 35 faizini keçəcək.
Hökumət tədbirlər axtarır
Yaponiyanın Baş naziri Kişida Fumio, Yaponiyanın doğum nisbətlərinin aşağı düşməsi ilə "sosial funksiyalarını itirmək ərəfəsində" olduğunu və bu il uşaq tərbiyəsi siyasətlərinə diqqət yetirəcəklərini açıqlayıb.
Tərcümə:Aynurə Məcidova
16:45 / 08 Oktyabr 2026
1
16:35 / 08 Oktyabr 2026
25
16:34 / 08 Oktyabr 2026
7
16:30 / 08 Oktyabr 2026
42
16:27 / 08 Oktyabr 2026
39
16:03 / 08 Oktyabr 2026
137
15:55 / 08 Oktyabr 2026
66
15:32 / 08 Oktyabr 2026
856
15:30 / 08 Oktyabr 2026
680
15:16 / 08 Oktyabr 2026
117
15:15 / 08 Oktyabr 2026
72
15:10 / 08 Oktyabr 2026
61
15:00 / 08 Oktyabr 2026
101
14:54 / 08 Oktyabr 2026
362
14:46 / 08 Oktyabr 2026
63
14:43 / 08 Oktyabr 2026
75
14:40 / 08 Oktyabr 2026
82
14:15 / 08 Oktyabr 2026
88
14:05 / 08 Oktyabr 2026
80
14:00 / 08 Oktyabr 2026
73
13:55 / 08 Oktyabr 2026
73
13:47 / 08 Oktyabr 2026
8805
13:34 / 08 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.