Qaynar xətt:

(+99450) 247 90 86

Qayıqdan 8 nəfərin meyiti tapıldı

Qayıqdan 8 nəfərin meyiti tapıldı

DÜNYA

310

03.02.2023, 15:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Miqrant qayığında meyitlər tapılıb.

Oxu24.com xəbər  verir  ki,İtaliya mətbuatında yer alan xəbərlərə görə, sahil mühafizə qrupları bir qayıqda 8 miqrantı ölü tapıb və 40-a yaxın miqrant xilas edilib.

ANSA xəbər agentliyi xilasedicilərin sağ qalanları Siciliyanın cənubundakı Lampeduzadakı əsas limana apardığını bildirib.

İtalyan səlahiyyətliləri 3 fərqli qayıqdan 156 nəfəri Avropaya çatmağa çalışan insanların əsas giriş nöqtələrindən biri olan Lampeduzaya daşıyıb.

İtaliya Şimali Afrikadan gələn qeyri-qanuni miqrantların sayının artması ilə üzləşir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə dəniz yolu ilə İtaliyaya təxminən 105 140 miqrant gəlib, 2021-ci ildə 67 477 və 2020-ci ildə 34 154 miqrant olub.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, 2022-ci ildə Aralıq dənizinin mərkəzini keçməyə çalışan təxminən 1400 miqrant həlak olub.

 

Tərcümə: Miri Məcidli