Qaynar xətt:

(+99450) 247 90 86

Antonio Quterreş Ukraynaya getmir

Antonio Quterreş Ukraynaya getmir

DÜNYA

285

02.02.2023, 21:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planlaşdırmır.

Oxu24.com  xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin müavini Florensiya Soto Nino bildirib.

O, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Quterreşin Kiyevə səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Hazırda səyahət planlarımızla bağlı heç bir məlumat yoxdur”, - deyib.

Florensiya Soto Nino əlavə edib ki, BMT-nin baş katibi fevralda Baş Assambleyanın iclasında Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək.

 

Tərcümə:Miri Məcidli