Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xarkov vilayətini atəşə tutub: ölənlər var

Rusiya Xarkov vilayətini atəşə tutub: ölənlər var

DÜNYA

413

03.02.2023, 11:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cümə günü Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinin İzyumski rayonunun Barvenkovo ​​şəhərini atəşə tutub, dinc əhali arasında ölənlər var.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov özünün Telegram kanalında yazıb.

 

“Fərdi yaşayış binasının dağılması nəticəsində iki qardaş (49 və 42 yaşlı) ölüb. Onların atası (70 yaşlı) yaralanıb və xəstəxanaya yerləşdirilib”, - Sinequbov bildirib.

 

Onun sözlərinə görə, son sutka ərzində rayonun Çuqevski, Kupyanski və Xarkov vilayətlərinin Volçansk, Kupyansk, Dvureçnaya və digər yaşayış məntəqələri düşmən tərəfindən kütləvi atəşə tutulub.

 

“Yanğın əsasən fərdi yaşayış binalarında baş verib. Çoxlu evlər dağılıb”, - deyə OVA rəhbəri yazıb.

 

Tərcümə: Miri Məcidli