Qaynar xətt:

(+99450) 247 90 86

Özünü ölü göstərmək üçün oxşarını öldürdü - 50-dən çox bıçaq zərbəsi - VİDEO - FOTO

Özünü ölü göstərmək üçün oxşarını öldürdü - 50-dən çox bıçaq zərbəsi - VİDEO - FOTO

DÜNYA

380

03.02.2023, 08:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada ağlasığmaz qətl hadisəsi baş verib.

OXU24.COM  big.az-a istinadən bildirir ki, ötən ilin avqust ayında İnqolştadt şəhərində 50-dən çox bıçaq zərbəsi ilə qətlə yetirilən meyit tapılıb.

Ölən şəxsin 23 yaşlı, İraq əsilli kosmetoloq Şahraban K. olduğu bildirilib. Hətta onun ailəsi də meyitə baxış zamanı bunu təsdiqləyib.

Lakin istintaq nəticəsində məlum olub ki, Şahraban K. ailəsindəki problemlərə görə rəsmi olaraq ölü görünmək və gizlənmək istədiyi üçün özünə bənzəyən 23 yaşlı gözəllik bloqeri Xədicəni öldürüb.

Şahraban K. və onun sevgilisi Şeqir K. polis tərəfindən saxlanılıblar.