Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya Ukraynaya tank göndərməkdən imtina edib

İtaliya Ukraynaya tank göndərməkdən imtina edib

DÜNYA

352

02.02.2023, 20:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya Ukraynaya tank göndərməyəcək.

 

Oxu24.com xəbər verir  ki, bunu cümə axşamı, fevralın 2-də İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

 

“Biz həmişə Ukraynaya hücum yox, müdafiə silahları göndərmişik. Biz tanklar göndərməmişik və göndərməyəcəyik "- deyə siyasətçi Rai Italia telekanalının efirində bildirib.


Tajani əlavə edib ki, İtaliya Ukraynanın enerji sisteminin bərpası üçün elektrik avadanlıqlarının göndərilməsini davam etdirmək niyyətindədir.


Söhbət zamanı nazir münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını da ifadə edib. Tajani dialoqa açıq olmaq lazım olduğunu xatırladıb və Moskva ilə Kiyev arasında sülh danışıqlarının 2023-cü ildə başlayacağına ümid etdiyini bildirib.

 

Tərcümə: Miri Məcidli