Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81695
az

Ermənistan Rusiya əleyhinə ikinci cəbhə açır

20:3902 Fevral, 2023
370
DÜNYA
  • A


Rusiya və Ermənistan arasında münasibətlərin mövcud səviyyəsi hər iki tərəfdə ciddi narazılıq yaratmaqda davam edir. Amma maraqlısı odur ki, tərəflərdən heç biri siyasətində dəyişiklik etmək istəmir. Elə bu fonda Rusiya-Ermənistan gərginliyinin daha da dərinləşməsi gözlənilir.

Məsələ ilə bağlı erməni politoloq Stepan Danielyan etiraf edir ki, son illər Rusiyanın Türkiyə, Ermənistan və Azərbaycana, ümumiyyətlə Qafqaza münasibətdə siyasəti açıq şəkildə dəyişib: “Səbəb odur ki, Moskva bir çox məsələlərdə Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşüb. Ukraynada müharibənin getdiyi bir şəraitdə Moskvaya Qafqazda “ikinci cəbhə” lazım deyil. Ona görə də Ankara və Bakıya müəyyən güzəştlər edir, üstəlik Ermənistanın hesabına. Bu gün yaranmış vəziyyət məhz belə dəyişikliklərdən qaynaqlanır. Yəni ilk növbədə Ermənistanla münasibətlərinə yenidən baxan Moskvadır. Bundan əlavə, Moskvadan daha çox uzaqda olan Ermənistanın indiki siyasəti onunla izah olunur ki, Rusiya hərbi-strateji müttəfiq kimi faktiki olaraq Ermənistanın təhlükəsizliyinin qarantı olmaqdan çıxıb. Biz bunu 2020-ci ildə Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə gördük”. Amma maraqlıdır ki, Rusiya Qafqazda özünə qarşı yeni cəbhənin açılmasına çıxdığı bir vaxtda Ermənistanda əks addımlar atılır. Rusiyanın “arqumenti.ru” saytı yazır ki, Ermənistan Qafqazda ikinci cəbhənin açılmasında əsas vasitəyə çevrilir: “Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinci, üçüncü və ya onuncu plana keçib. Bu arada bizə “sadiqliyə” and içən tərəfdaşımız, çox güman ki, orada “ikinci cəbhə” açmağa hazırlaşır. Və bu dəfə lehimizə yox, tamamilə bizə qarşı. Rusiya XİN-i isə həmişəki kimi çəkmə ilə döymək lazım olanda barmaqla hədələyir”. Sözügedən rus saytında dərc olunan məqalədə qeyd edilib ki, bu günlərdə Avropa İttifaqının yeni monitorinq missiyası iki il müddətinə Ermənistana gələcək - Ermənistanın tələbi ilə, Bakı ilə razılaşdırılmadan, hətta Moskvanın iradəsinə zidd olaraq: “Rəsmi olaraq missiyanın vəzifəsi “Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”. Bunu necə həll etmək olar? Olduqca asan: onun əməkdaşları Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi boyu ərazini patrul edəcək və yerlərdə vəziyyət barədə məlumat verəcəklər. Nəticədə Rusiyanın maraqları çərçivəsində silahlı qarşıdurma zonasında AB sərhəd monitorinqi aparacaq. Bəli, hətta “qardaş İrəvan”ın da xahişi ilə. ABŞ-ın Ermənistan və Rusiyadakı fövqəladə səfirlərini əvəzləməsinə az adam diqqət yetirdi, amma əksinə olmalı idi. Moskvadakı səfir Linn Mari Treysi ilə tanış olun. Maraqlı tərcümeyi-halı var. Orta Asiya, Pakistan, Əfqanıstan, ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurasında çalışıb. Onu, xarici görünüşə əhəmiyyət verməyərək, "Amerika gürzəsi" adlandırmaq tövsiyə olunur. O bizə birbaşa Ermənistandan gəlib. Onun səfirliyi dövründə İrəvan Moskvadan qopub Qərbə doğru daha çox meylləndi. Amma Ermənistandakı hazırkı səfir Kristina Kvien birbaşa Kiyevdən İrəvana gəlib. Maraqlıdır, elə deyilmi?! O, ABŞ strateji kəşfiyyatında çalışıb. Və artıq gürzəyə oxşamır, birbaşa elə gürzədir. Aydındır ki, o bizi sancacaq. Bəs, biz nə edirik? Ötən il Rusiyadan Ermənistana 3,2 milyard dollar vəsait gedib. 2021-ci ildə bu məbləğ 0,8 milyard idi. İndi isə “irəvanlı qardaş”ın ötən ilin büdcə rəqəmlərinə nəzər salaq: büdcənin xərcləri təxminən 4,44 milyard dollar, gəlirləri 3,94 milyard dollar təşkil edir. Yəni ölkəmizdən Ermənistana ikinci gəlir büdcəsi verilib. Nəticə?”.

Nəticə odur ki, İrəvan Moskvaya xəyanət edir və Qafqazda Rusiyanın çox ehtiyat etdiyi ikinci cəbhəni yaradır. Erməni politoloq Davit Stepanyan isə vurğulayır ki, bu, İrəvana baha başa gələcək: “Düşünmürəm ki, Rusiyanın bu gün təxribatlara əl atmaq, hücumlar təşkil etmək üçün resursları var. Mariya  Zaxarovanın xəbəri olmaya bilər, amma geosiyasi qarşıdurma Vladimir Putinin 2007-ci ildə Münhendə Rusiyanın xüsusi statusunu elan edərək, Moskvanın “soyuq müharibə”nin nəticələrini de-fakto qəbul etməyə hazır olmadığını bildirən məşhur çıxışından sonra başlayıb”. Stepanyan qeyd edib ki, o vaxtdan geosiyasi münaqişə başlayıb: “Həmin toqquşmalar zamanı Rusiya Abxaziyanı, Cənubi Osetiyanı işğal etdi, Rusiya 44 günlük müharibədən sonra Türkiyə ilə bütövlükdə Cənubi Qafqazı bölüşməyə razılaşdı və Ukraynada müharibəyə başladı. Zaxarovanın Cənubi Qafqazda hansı yeni münaqişələr istədiyini bilmirəm, amma əminəm ki, bu gün Rusiyanın bu münaqişələri regiona gətirmək üçün resursları yoxdur. Rusiya üçün bu toqquşmalar növbəti geosiyasi axmaqlıq demək olacaq ki, bunun da nəticəsində Rusiya, böyük ehtimalla, Cənubi Qafqazı tərk edib Qafqaz dağlarının şimalında qalacaq”. “Rusiyada tez-tez qeyd olunur ki, Ermənistan vektoru dəyişmək niyyətindədir, bu doğrudurmu” sualına Stepanyan belə cavab verib: “Bu, vektor dəyişikliyinin başlanğıcıdır. Ümid edirəm ki, bu proses davam edəcək, çünki Rusiya hər şeyə qadirdir ki, bu vektor dəyişikliyinin davam etməsi baş verməsin. Ermənistan çox ayıq olmalıdır. Ölkə daxilində hər şey mümkündür. Ölkə daxilində müxtəlif ssenarilər mümkündür və o ssenarilərin arxasında Rusiya dayanacaq, o cümlədən “beşinci kolon”un iştirakı da ola bilər. Rusiya vektor dəyişikliyinin qarşısını almaq üçün hər şeyi edəcək, amma vektorun dəyişməsinin Rusiyanın təşəbbüsü olduğu göz qabağındadır”. Bəzi ekspertlər hesab edir ki,  ABŞ və Fransanın sifarişi ilə Rusiyaya qarşı olan, Ermənistan üçün isə olduqca təhlükəli geopolitik oyunun həlledici mərhələsi başlanır və burada İrəvan ona verilən missiyanı yerinə yetriməyə hazırlaşır. Bu risqli geopolitik oyun isə artıq Kremli Ermənistanla münasibətlərinə yenidən baxmağa vadar edir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq
Ukrayna yüz minlərlə mərmi və minlərlə raket alacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ